Modern.az

İsrailli həkimlər Vətən müharibəsi qazisini protez gözlə təmin etdi

İsrailli həkimlər Vətən müharibəsi qazisini protez gözlə təmin etdi

3 Mart 2021, 11:54

Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gələn israilli həkimlər artıq işlərinə start veriblər.

 

Modern.az İsrailin Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, 44 günlük müharibədə bir gözünü itirmiş və üzü deformasiya olmuş qazi Nuralı Abdullayevə tibbi yardım göstərilib.

 

Belə ki, Vətən müharibəsi qazisi İsraildən gətirilən protez gözlə təmin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama