Modern.az

YAP-ın sabahkı qurultayında struktur dəyişiklikləri ola bilər - ETİRAF

YAP-ın sabahkı qurultayında struktur dəyişiklikləri ola bilər - ETİRAF

Aktual

4 Mart 2021, 12:14

“Yeni Azərbaycan Partiyasının (YAP) bütün rayon təşkilatlarının sədrləri sabahkı qurultaya dəvət olunub”.

Bunu Modern.az-a  YAP Səbail rayon təşkilatının sədri, sabiq deputat Şəmsəddin Hacıyev  bildirib.

O, YAP üzvlərinin  bu gün COVID-19 testi verdiyini də qeyd edib.


Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasında aparılacaq islahatlardan da söz açıb:

“Yeni Azərbaycan Partiyasında struktur dəyişiklikləri ola bilər. Yeni tələblər mövcuddur. Dünya dəyişir. Ölkəmizdə cənab Prezidentin başçılığı ilə islahatlar həyata keçirilir. Yeni Azərbaycan Partiyasında da islahatların aparılması nörmaldır”.

Müsahibimiz hakim partiyanın rayon təşkilatları sədrlərinin dəyişdiriləcəyi barədə iddialara da toxunub:

“Biz partiyanın əsgərləriyik. İllərdir ki, ölkə başçısının siyasi fəaliyyətini dəstəkləyirik. Sabahkı qurultayda nə qərar veriləcəksə, biz də ona tabe olacağıq”.


Qeyd edək ki, sabah səhər saatlarında Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi