Modern.az

Gömrük Komitəsinin binası bu fondun hesabına tikilir

Gömrük Komitəsinin binası bu fondun hesabına tikilir

4 Mart 2021, 13:32

Dövlət Gömrük Komitəsinin binası büdcədənkənar fond hesabına maliyyələşdiriləcək. Fondun təməli ulu öndər tərəfindən qoyulub.

 

Modern.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

 

Komitə sədri bildirib ki, son dövrlərdə layihələrin əksəriyyəti büdcədənkənar fond hesabına həyata keçirilib:

 

"Xərclər isə heç zaman gizlədilməyib. Fondda 8-10 milyon manata kimi ümumi xərclər olur. Bu xərclər satınalma və tikinti normaları hesabına Maliyyə Nazirliyinin icazəsi ilə həyata keçirilir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama