Qarabağ torpaqları - uzun illər əsarətdə qalan torpaqlarımız işğaldan azad edildi. İndi qarşıda böyük işlər durur. Bu torpaqlarda yeni həyat yaradılmalıdır. Azad olunan ərazilərin iqtisadı imkanları reallaşmalıdır. Artıq iş yerləri açılmalı, əhali ərzaqla təmin olunmalı, emal sənaye sahələri yaradılmalıdır. Təbiidir ki, bütün bunlar üçün müəyyən qədər zaman tələb olunur.
Əvvəlcə işğaldan azad olunmuş ərazilərdə xaraba qoyulmuş şəhər və kəndlər bərpa olunmalıdır. Məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində olan tələbatlara cavab verilməlidir. Ölkə prezidenti cənab İlham Əliyev deyir: “Işğaldan azad olunan torpaqları qısa müddət ərzində bərpa edəcəyik. Bu ərazilərə həyat qaytarılacaq, o ərazilərdə Azərbaycan bayrağı dalğalanacaq.” Bu ona işarədir ki, az vaxt içərisində daşı daş üstdə qalmamış torpaqlarımızda yaşayış binaları, müıki evlər, mədəniyyət sarayları, idman kompleksləri, sanatoriyalar, təhsil və səhiyyə müəssisələri tikiləcək. Yüzlərlə iş yerləri açılacaqdır.
Qarabağı cənnətə çevirməyə Azərbaycanın maliyyə resursları vardır. Amma hər işin görülmə zamanı vardır. Hal - hazırda bu ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Artiq azad olunmuş torpaqlarımızın müxtəlif yerlərində, məsələn, Füzuli rayonu ərazisində hava limanı tikilmiş, Şuşa şəhərinə iki avtomobil yolu çəkilmişdir. Prezidentimiz bu yolu “ Zəfər yolu” adlandırır. Artıq minalardan təmizlənmiş ərazilərdə payızlıq buğda əkilmişdir. İnşallah, əminəm ki, xalqın düşmənə qalib gələn mərd oğullarının, bu oğulları mərd böyüdüb ərsəyə gətirən atalar və anaların ölkə rəhbərinin arxasında durması ilə yollar çəkiləcək, körpülər salınacaq, elektrik stansiyaları tikiləcək yeni nəqliyyat dəhlizləri açılacaqdır. Günəş və külək stansiyaları tikiləcəkdir. Az müddətdə dünya ölkələri ilə ticarət əlaqələri genişləndiriləcəkdir.
Az zaman kəsiyində Azərbaycanın maliyyə resursları artacaq, ölkəmizin işğaldan azad edilmiş əraziləri tam bərpa ediləcək, uzun illər qaçqın- köçkün adlandırılan bu torpaqların həqiqi sahibləri öz yerlərinə qayıdacaqlar.Məlumdur ki, bu qədər işlərin görülməsi üçün küllü miqdarda maliyyə vəsaiti lazım olacaq.
Azərbaycan ötən əsrdən bəri çətin, mürəkkəb tarixi dövr yaşamışdır. Lakin bu illər ərzində böyük inkişaf yolu keçərək təhlükəsiz, sabit, sosial- mədəni həyat səviyyəsini dünyaya tanıtmışdır. Bu qədər işin görülməsi üçün Azərbaycanın maliyyə vəsaitləri də var, möhkəm iradəsi də , Bütün çətinliklərə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə məskunlaşma da uğurla həyata keçiriləcəkdir, ağıllı rəhbər olan yerdə , birlik olan yerdə bu işlərin görülməsi cətin olmayacaq. Vətənimiz yaxın zamanda Cənnətə çevriləcəkdir!
Gülüstan Almazova
Hacıqabul şəhər sakini