Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli koronavirus əleyhinə vaksin vurdurub.
Modern.az xəbər verir ki, Hacı Şahin sosial şəbəkədə fotolarını paylaşıb.
Vaksinin ilk dozasını bu gün Bakı Sağlamlıq Mərkəzində qəbul edən QMİ nümayəndəsi növbəti - ikinci dozanı 28 gündən sonra, aprelin 2-də vurduracaq.
Qeyd edək ki, yanvarın 18-dən etibarən ölkədə Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə edilir. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.