Modern.az

“KİV haqqında” qanun layihəsinə hansı təkliflər var?

“KİV haqqında” qanun layihəsinə hansı təkliflər var?

4 Mart 2021, 16:45

Yaxın günlərdə Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxılması və media ilə bağlı yeni qanunun qəbul olunması gözlənilir. Nəzərə alsaq ki, artıq mediada islahatlara start verilib, deməli, qanunvericilik bazasının yenilənəcəyi də istisna deyil.

Qeyd edək ki, “KİV haqqında” qanun layihəsi hazır olandan sonra Milli Məclisin Mədəniyyət komitəsində baxılacaq.
Bəs “KİV haqqında” qanun layihəsi ilə bağlı hansı təkliflər irəli sürülüb?

Modern.az mövzu barədə bir neçə deputatın fikrini öyrənməyə çalışıb.


Sabir Rüstəmxanlı:
"Yeni layihəyə hansı təkliflərin veriləcəyi haqqında hələ ki heç bir məlumat yoxdur".


Əziz Ələkbərli:
"Media ilə bağlı yeni qanun yaxın günlərdə qəbul olunacaq. Müəyyən təkliflər irəli sürülə bilər. Nə cür təkliflər olacağı haqqında isə mənim də hələ ki məlumat yoxdu".

Mehri QURBAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama