Modern.az

1000-dən çox müəllim peyvənd olunub - Nazir

1000-dən çox müəllim peyvənd olunub - Nazir

5 Mart 2021, 12:17

"Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".

 

Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

 

Nazir qeyd edib ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama