Modern.az

Gəncədə ər və arvad dəm qazından zəhərləndi

Gəncədə ər və arvad dəm qazından zəhərləndi

7 Mart 2021, 12:05

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

 

1991 ci il təvəllüdlü Nəsibov Said Vaqif oğlu və onu həyat yoldaşı 1995 ci il təvəllüdlü Nəsibova Lamiyə Nəsib qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstələrə lazimi tibbi yardım göstərilib,vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə, ər və arvad yaşdığı evin vanna otağında dəm qazından zəhərlınib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu