Modern.az

Dönərxanada dəm qazından zəhərlənmə - Ölən var

Dönərxanada dəm qazından zəhərlənmə - Ölən var

Aktual

7 Mart 2021, 18:04

Xaçmazda dəm qazından zəhərlənmə hadisəsi olub.

 

Modern.az xəbər verir ki, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" ərazisində yerləşən dönərxanada baş verib.

 

Hadisə nəticəsində dəm qazından zəhərlənmə səbəbindən Xaçmaz rayonu Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov dünyasını dəyişib, Müzəffəroba kənd sakini 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu