"Messi məni qələbəm münasibəti ilə təbrik etdi. Bu, normaldır. Biz dostuq və dostlar bir-birini təbrik edir. Messinin seçkilərə gəlməsini çox bəyəndim".
Modern.az xəbər verir ki, bunu İspaniyanın “Barselona” klubunun yeni seçilən prezidenti Joan Laporta bildirib.
O, mövsümün sonunda "Barselona" ilə müqaviləsi başa çatacaq komandanın kapitanı Lionel Messinin klubda qalıb-qalmayacağı barədə də danışıb:
"Tezliklə şəxsi danışığımız olacaq və onun klubda gələcəyini aydınlaşdıracağıq. Onu klubda saxlaya bilərəmmi? Bu, onun qərarından asılı olacaq. Klubun iqtisadiyyatına əsasən onu klubda saxlamaq üçün əlimdən gələni edəcəm", - deyə prezident bildirib.
Qeyd edək ki, Laporta 2003-2010-cu illərdə də "Barselona"ya rəhbərlik edib.
T.İSMAYIL