Modern.az

Bakıda “Maserati” qəzaya düşdü - FOTO

Bakıda “Maserati” qəzaya düşdü - FOTO

Aktual

9 Mart 2021, 00:55

Bu gecə Bakıya yağan yağış yol qəzasına səbəb olub.

 

Modern.az xəbər verir ki, hadisə Xətai rayonunun Xocalı prospektində qeydə alınıb.

 

Belə ki, sürətlə hərəkət edən “Maserati” markalı avtomobilin sürücüsü idarəetməni itirərək prospektdə yerləşən parkın kənarındakı səkiyə çırpılıb.

 

Zərbənin gücündən nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi və əraziyə təhkim edilən Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

 

Qəza ilə bağlı araşdırma aparılır (report).

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama