Modern.az

Dəm qazından boğulan ana və iki uşağı barədə rəsmi MƏLUMAT

Dəm qazından boğulan ana və iki uşağı barədə rəsmi MƏLUMAT

9 Mart 2021, 15:12

Martın 8-də saat 9 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində 3 nəfər şəxsin meyitinin yaşadıqları evdə aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Gəncə şəhər prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

 

İlkin araşdırmalarla müəyyən olunub ki, 1987-ci il təvəllüdlü Məmmədova Leyla Yunis qızı 2 uşağı ilə birlikdə yaşadıqları mənzildə dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama