Ermənistan Prezidenti Armen Sarkisyanın Bakıda səfərdə olması barədə bu ölkənin KİV-ləri məlumat yayıblar.
Modern.az xəbər verir ki, Ermənistan Prezidentinin Administrasiyası məlumatlarla cavab verib.
Prezident Administrasiya A.Sarkisyanın Bakıya səfər etdiyi barədə məlumatları təkzib edib:
“Bəzi KİV-lər Prezident Armen Sarkisyanın guya noyabrın 17-də Bakıda olduğu barədə məlumat yayı. Bu, dezinformasiyadır. Prezident nə həmin gün, nə də digər günlərdə Bakıda olub”, - deyə Ermənistan Prezidentinin mətbuat xidməti bəyan edib.
Qeyd edək ki, Ermanistan KİV-ləri Makedoniyanın Ermənistandakı fəxri konsulu Araik Sarkisyana istinadən belə məlumat yayıb ki, Prezident A.Sarkisyan guya noyabrın 17-də Bakıda səfərdə olub. “Prezidentdən soruşun, noyabrın 17-də Bakı nə edirdi”,- deyə A.Sarkisyan sual edib.
Politoloq Elxan Şahinoğlu deyib ki, böyük ehtimalla prezidentin nüfuzuna zərər vurmaq üçün xəbəri müxalifət dairələri yayıblar. Müxalifətin son günlər Armen Sərkisyandan narazılığı artır.
"Müxalifət hesab edir ki, baş nazir Nikol Paşinyanla baş qərargah rəisi Onik Qasparyan arasındakı qarşıdurmada Sərkisyan daha qətiyyətli mövqe tutmalı idi. Armen Sərkisyan isə Paşinyanın Qasparyanı istefaya göndərməsi sənədinə imza atmasa da, davam edən gərginlikdə məsuliyyət Konstitusiya Məhkəməsinin boynuna atmağa çalışır. Müxalifət prezidentin Konstitusiyaya görə məhdud səlahiyyətlərini nəzərə almaq istəmir. Ona görə də müxalifət və onun nəzarətindəki saytlar Paşinyandan sonra Sərkisyanı da hədəf götürüblər. Baş naziri nüfuzdan salmaq üçün “Paşinyan türkdür” şüarlarını səsləndirirlər, Armen Sərkisyan haqqında isə “prezident Bakıda olub” dezinformasiyasını yayırlar. Oyun davam edir. Ermənistan daxilində informasiya (oxu: dezinformasiya) müharibəsinin hədəfləri və miqyası getdikcə böyüyür".