AMEA Nəsimi adına Dilçilik İnstitutunda fəaliyyəti dayandırılan "Qaynar xətt" xidməti işini bərpa edib.
Bu barədə Modern.az-a institutun Mətbuat xidməti məlumat verib.
Bildirilir ki, "Qaynar xətt"in sistemə salınması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilib.
“"Qaynar xətt" yeddirəqəmli və avtomatik sistemdir: "Qaynar xətt"in nömrəsi 012 538 06 37-dir, sistem 24 saat fasiləsiz işləyir.
Bütün zənglər qeydiyyata alınır. Zənglərin günlük, həftəlik, aylıq statistikası aparılacaq.
Sistemdən vətəndaşlarımızı Azərbaycan dili, dilçiliklə bağlı məsələlərlə məlumatlandırmaq üçün istifadə ediləcək”.