Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev “8 mart Beynəlxalq Qadınlar Günü” ilə bağlı Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun evində bir qrup Şəhid ailələri ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə çıxış edən İcra Başçısı, Şəhid anaları və digər natiqlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyətli rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qalibiyyətdən danışdılar, bütün Şəhidlərimizin xatirəsi böyük ehtiramla yad edildi. Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid analarına və xanımlarına, özündə 44 günlük Şanlı Vətən müharibəsi və onun möhtəşəm Zəfərini, Qarabağımızın azadlığını və Şəhidlərimizin xatirəsini əks etdirən xüsusi tərtibdə hazırlanmış xatirə hədiyyələri təqdim edilib.
Digər Şəhid ailələri isə, rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən evlərində ziyarət edilib.