Deputat Vüqar İskəndərov vətəndaş qəbul həyata keçirib.
Modern.az xəbər verir ki, Şəki Heydər Əliyev Mərkəzində baş tutan görüş karantin qaydalarına riayət etməklə təşkil olunub.
Qəbulda müxtəlif sosial qrupları təmsil edən şəxslər iştirak edib. Müraciətlərin əsas hisssəsini işlə təminat, məşğulluq, əlilliyin müəyyən olunmasında yaranan çətinliklər və s təşkil edib.
Qaldırılan əksər məsələlər yerindəcə həllini tapıb. Qanunvericiliyə uyğun olan bəzi müraciətlər isə həll olunması üçün aidiyyat orqanlara yönləndirilib.