Modern.az

Azərbaycanda bələdiyyələrin xəritəsi hazırlanır

Azərbaycanda bələdiyyələrin xəritəsi hazırlanır

10 Mart 2021, 10:44

Azərbaycan üzrə 1436 bələdiyyədən  (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) 1310 bələdiyyənin xəritəsi hazırlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyətinə dair hesabatında əks olunub.

 

Sənəddə qeyd edilib ki, bunlardan 549 bələdiyyənin xəritəsi müvaviq olaraq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılıb və Milli Məclisə təqdim olunmaq üsün Prezident Administrasiyasına təhvil verilib. Həmçinin 31 bələdiyyənin xəritəsi Prezident Administrasiyasına təhvil verilməsi üçün hazırlanma, 730  bələdiyyənin xəritəsi isü müvafiq rayon (şəhər) icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırma mərhələsindədir. 126 bələdiyyənin xəritəsinin hazırlanması üzrə işlər davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama