Modern.az

Yevlax və Tərtər sakinlərindən odlu silah götürüldü

Yevlax və Tərtər sakinlərindən odlu silah götürüldü

Aktual

10 Mart 2021, 12:08

Yevlax və Tərtər sakinlərindən odlu silah götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş B.Qurbanovdan kustar üsulla hazırlanmış “Naqan” tipli revolver və 6 ədəd patron aşkar edilərək götürülüb.

 

Bundan başqa, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qapanlı kənd sakini E.Mirzəyevə məxsus yardımçı təsərrüfata baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU