Modern.az

Balakəndə “Ford” atlını vurub öldürdü

Balakəndə “Ford” atlını vurub öldürdü

Aktual

11 Mart 2021, 00:18

Balakəndə kiçiktutumlu yük maşını atlını vurub.

 

Modern.az-ın məlumatına görə, hadisə axşam saat 21:00 radələrində Balakən-Qazbinə-İtitala avtomobil yolunun rayonun Kortala kəndi ərazisindən keçən hissəsində baş verib.

 

“Ford” markalı kiçiktutumlu yük maşını hərəkətdə olarkən onun yoluna atlı çıxıb. Qəza zamanı atlı - rayonun Kortala kənd sakini, 23 yaşlı Elmar Akif oğlu Abdullayev aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Onun meyiti müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib. Qəza zanamı at da tələf olub.

 

 

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır (apa).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama