Modern.az

Bakı-Sumqayıt yolunda avtoqəza - FOTO

Bakı-Sumqayıt yolunda avtoqəza - FOTO

Aktual

11 Mart 2021, 00:42

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə şosesinin Biləcəri qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

 

"VAZ 2107" markalı avtomobilin hələlik adı bilinməyən sürücüsü yüksək sürətlə sağ zolaqdan ötmə əməliyyatı etmək istəyib. İdarəetmədən çıxan avtomobil Samir Məmmədova məxsus "Hyundai" markalı avtomobilə dəyib. Daha sonra "Hyundai" "VAZ 2107"-nin arxa hisəsinə çırpılıb və "Jiquli" aşıb.

 

 

 

Qəza nəticəsində "VAZ 2107"-də olan sürücü xəsarət alıb (apa).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama