Modern.az

Daha bir vəkil koronavirusa yoluxdu

Daha bir vəkil koronavirusa yoluxdu

Aktual

11 Mart 2021, 11:05

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, Ədalət Vəkil Bürosunun rəhbəri, tanınmış vəkil Muxtar Mustafayev koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə Kollegiyanın sədri Anar Bağırov məlumat verib.

 

A.Bağırov qeyd edib ki, bir müddətdir COVID-19 yoluxan vəkil hazırda dövlət tibb müəssisəsində stasionar şəraitdə müalicə alır:

 

“Bu gün bir neçə günlük fasilədən sonra özü ilə şəxsən təmasda oldum. Muxtar müəllimin sağlıq durumu normaldır, ona göstərilən tibbi xidmətlərin səviyyəsindən tam razılığını bildirdi, hər kəsə öz salamlarını çatdırdı və müalicənin xüsusiyyətləri ilə bağlı zənglərə cavab verə bilmədiyi üçün üzrxaqlıq etdi.

Dəyərli həmkarımız, dostumuz, qardaşımız Muxtar müəllimə Allahdan şəfa diləyirəm, ən tez zamanda sağalıb normal həyat tərzini davam etdirməyini arzu edirəm”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama