Modern.az

Daha bir sığorta şirkətinin lisenziyası ləğv edildi

Daha bir sığorta şirkətinin lisenziyası ləğv edildi

Aktual

11 Mart 2021, 12:20

Azərbaycanda “Rəvan Sığorta” ASC-nin sığorta fəliyyətini verilmiş lisenziya ləğv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Banka istinadən məlumat verir.

 

Qeyd olunur ki, "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 mart 2021-ci il tarixli qərarı ilə “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 15 oktyabr 2009-cu il tarixli, 000271 nömrəli lisenziya ləğv edilib.

 

Hazırda ölkədə sığorta şirkətlərinin sayı 20-dək azalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama