Modern.az

Sərt karantin dövründə də hotellər işləyib - RƏSMİ

Sərt karantin dövründə də hotellər işləyib - RƏSMİ

Aktual

11 Mart 2021, 14:16

Azərbaycanda hotellər bağlanmayıb. Onlar sərt karantin dövründə də fəaliyyət göstərib. Sadəcə olaraq, hotellərin əyləncə və s. kimi funksiyaları məhdudlaşdırılıb.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.

 

Onun sözlərinə görə, hotellərdə ötən ilin avqustundan başlayaraq, COVİD-19-la bağlı vəziyyətə nəzarət məqsədilə monitorinqlər keçirilir. Bu monitorinqlər fəaliyyət göstərən 300-dən çox hoteli əhatə edir. Monitorinqlər gün ərzində təxminən 70 hoteli əhatə edir: "Monitorinqlər zamanı sosial məsafə, maskadan istifadə kimi məsələlərə nəzarət edilir. Ümumilikdə hotellər bu qaydalara əməl edirlər".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama