Modern.az

Laçın polisi ermənilərin atıb qaçdığı silah-sursatı aşkarladı

Laçın polisi ermənilərin atıb qaçdığı silah-sursatı aşkarladı

11 Mart 2021, 16:05

Xocavənd rayonunda erməni hərbi birləşmələrinin ataraq qaçdığı silah-sursat aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbir zamanı Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində erməni hərbi birləşmələrinin ataraq qaçdığı bir ədəd avtomat, bir ədəd karabin, bir ədəd tüfəng, səkkiz ədəd RQD-5 əl qumbarası və alışdırıcıları, 20 ədəd avtomat sandığı, 3 500-ə yaxın avtomat və pulemyot güllələri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama