Modern.az

“Sabah”ın baş məşqçisi vəzifəsindən UZAQLAŞDIRILDI

“Sabah”ın baş məşqçisi vəzifəsindən UZAQLAŞDIRILDI

11 Mart 2021, 17:12

“Sabah” komandasının baş məşqçi postunda dəyişiklik edilib.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Visente Qomezlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə olunub.

 

Qeyd edək ki, İspaniyalı mütəxəsssis 2020-ci ilin yayından “Sabah”ın baş məşqçisi idi. Komanda hazırda Premyer Liqada 16 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama