Modern.az

İcra Hakimiyyətinə məxsus yük maşını aşdı - FOTO

İcra Hakimiyyətinə məxsus yük maşını aşdı - FOTO

11 Mart 2021, 22:37

Bakı-Sumqayıt avtomobil yolunun “Saray” postunun yaxınlığından keçən hissəsində yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, Sumqayıt istiqamətində hərəkətdə olan “MAZ” markalı yük avtomobili ötmə əməliyyatı zamanı Abşeron Rayon İcra Hakimiyyətinə məxsus məişət tullantıları daşıyan yük maşınını yoldan çıxarıb. 

 

Nəticədə tullantı daşıyan yük maşını Saray qəsəbəsi istiqamətinə dönmə əməliyyatı edərkən beton arakəsməyə çırpılaraq aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

 

Hadisə yerinə yol polisinin əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır (apa).

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama