Bütün amerikalılar təmin olunduqdan sonra ABŞ öz COVID-19 peyvəndi ehtiyatlarını digər ölkələrlə bölüşəcək.
Modern.az TASS-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.
“Əgər bizdə peyvənd artıq olarsa, biz digər ölkələrlə bunu bölüşəcəyik. Dünyanın digər hissəsi təhlükəsizlikdə olmadan, biz də təhlükəsizlikdə ola bilmərik”, - deyə Prezident bildirib.