ABŞ prezidenti Co Bayden ümumi məbləği 1,9 trilyon ABŞ dolları olan qanun layihəsini imzalayıb.
Modern.az xəbər verir ki, “Amerika qurtuluş planı” adlanan sənədin imzalanma mərasimi ölkənin xəbər kanalları tərəfindən Ağ Evdən yayımlanıb.
Qeyd edək ki, layihədə göstərilən məbləğin təqribən 400 milyard ABŞ dollarını koronavirusa qarşı mübarizəyə və əhalinin peyvəndlənməsi kampaniyasına sərf etmək nəzərdə tutulur. Hakimiyyət daha 1 trilyon ABŞ dolları əhalinin dəstəklənməsinə yönəltmək niyyətindədir. Digər məbləğ pandemiyada zərər çəkən müəssisələr arasında bölüşdürüləcək.
Qanun əsasən, ABŞ-da əksər vergi ödəyicilərinə adambaşı 1,4 min ABŞ dollar birbaşa ödəniş nəzərdə tutulur. Bundan başqa işsizliyə görə federal büdcədən ödənişlər ştatların ödədiyi vəsaitdən əlavə avqust ayına qədər həftədə 300 ABŞ dollarına bərabər olacaq.