Modern.az

Uorren Baffet sərvəti 100 milyard dolları keçən beşinci şəxs oldu

Uorren Baffet sərvəti 100 milyard dolları keçən beşinci şəxs oldu

12 Mart 2021, 00:46

“Berkshire Hathaway” investisiya şirkətinin rəhbəri Uorren Baffet dünyada sərvəti 100 milyard dolları keçən beşinci iş adamı olub.

 

Modern.az “Forbes”ə istinadla xəbər verir ki, hazırda onun 100.3 milyard dollar həcmində sərvəti var.

 

Baffetin yalnız Ceff Bezos (“Amazon”, 179.6 milyard dollar), İlon Mask (“Tesla” və “SpaceX”, 165.1 milyard dollar), Bernar Arno (“Dior” və “Louis Vuitton”, 158.5 milyard dollar) və Bill Qeytsdən (“Microsoft”, 125.6 milyard dollar) geri qaldığı bildirilir.

 

Xatırladaq ki, Baffet həm də böyük xeyriyyəçi kimi tanınır. 2006-cı ildə o, xeyriyyə məqsədləri üçün 37 milyard dollar ianə edib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama