Modern.az

Fici sahillərində 5,8 bal gücündə zəlzələ olub

Fici sahillərində 5,8 bal gücündə zəlzələ olub

12 Mart 2021, 07:40

Sakit Okeanda Fici arxipelaqından cənubda 5,8 bal gücündə zəlzələ baş verib.

 

Modern.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Suva şəhərindən 781 kilometr cənubda, ocağı isə 559 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama