Modern.az

Ayaqqabı sexi və mağaza yandı

Ayaqqabı sexi və mağaza yandı

Aktual

12 Mart 2021, 09:45

Bakıda ərzaq mağazası və ayaqqabı istehsalı sexində yanğın olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 40 m² olan ərzaq mağazasının lambirindən ibarət tavanı və içərisindəki mallar, 1 ədəd kondisioner, 1 ədəd soyuducu qismən yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqdakı digər mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bundan başqa, Bakının Xəzər rayonunda ümumi sahəsi 40 m² olan ayaqqabı istehsalı sexinin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki mallar 15 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU