“Mançester Siti”də forma geyən türk futbolçu İlkay Gündoğan İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilib.
Modern.az xəbər verir ki, müvafiq qərar Premyer Liqanın rəsmi saytında yerləşdirilib.
30 yaşlı yarımmüdafiəçi Bruno Fernandeş, Cessi Linqard kimi futbolçuları geridə qoyaraq bu ada layiq görülüb.
Yanvardan sonra fevralda da ayın oyunçusu seçilən İlkay Gündoğan “Mançester Siti”nin bu adı iki dəfə ardıcıl qazanan ilk futbolçusu olub.