Modern.az

3700-ə yaxın şəhid, qazi ailəsi məşğulluq proqramına cəlb olunub  

3700-ə yaxın şəhid, qazi ailəsi məşğulluq proqramına cəlb olunub  

Aktual

13 Mart 2021, 09:49

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslər aktiv məşğulluq proqramları vasitəsilə sosial dəstəklə təmin edilirlər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Modern.az-a verilən məlumata görə, postmüharibə dövründə bu kateqoriyalardan olan 3700-dək şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub.

Onlardan 3030-u özünüməşğulluq proqramına cəlb edilib və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin edilməsi işləri aparılır.

645 nəfərin isə ödənişli ictimai işlər, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları vasitəsilə məşğulluq məsələlərinin operativ həllinə dəstək göstərilib.

 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...