Modern.az

MTN generallarının işində zərərçəkmiş qadın dələduzluqda təqsirləndirilib

MTN generallarının işində zərərçəkmiş qadın dələduzluqda təqsirləndirilib

Aktual

13 Mart 2021, 10:01

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli şəxsləri ilə bağlı cinayət işində zərərçəkmiş kimi tanınan və külli miqdarda dələduzluqda təqsirləndirilən Ulduzə Səfərzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Modern.az-ın məlumatına görə, istintaq orqanı U.Səfərzadə barəsində olan cinayət işini baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

U.Səfərzadə iki nəfərə qarşı dələduzluqda təqsirləndirilir və o Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

 

Qeyd edək ki, U.Səfərzadə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri - general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev və general-mayor Natavan Mürvətovanın barəsində olan cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...