Modern.az

Avtomobilində qumbara gəzdirən şəxs saxlanılıb

Avtomobilində qumbara gəzdirən şəxs saxlanılıb

Aktual

13 Mart 2021, 12:24

Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Hövsan qəsəbəsində idarə etdiyi avtomobildə silah-sursat saxlayan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı qəsəbə sakini Fuad Lazımov idarə etdiyi “Saipa” markalı nəqliyyat vasitəsi ilə birlikdə tutulub.

 

Onun avtomobilinə baxış zamanı 1 ədəd tapança və 1 ədəd alışqanı ilə birlikdə “F1” qumbarası aşkar olunaraq götürülüb.

Faktla bağlı 30-cü Polis Şöbəsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...