Modern.az

Azərbaycanda İİV-ə yoluxanların sayı azalır – SON STATİSTİKA

Azərbaycanda İİV-ə yoluxanların sayı azalır – SON STATİSTİKA

Aktual

13 Mart 2021, 12:40

2020-ci ildə Azərbaycanda İmmunçatışmazlığı virusuna (İİV) yeni yoluxmuş 505 nəfər qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, 2019-cu ildə bu rəqəm 642 olub.

Rəsmi məlumatlarda bildirilib ki, “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində qeydiyyatda olan bütün xəstələr 2020-ci il ərzində müvafiq dərman pereparatları ilə təmin olunub, əhali arasında bu xəstəliyin profilaktiksına dair geniş maarifləndirmə işi aparılıb.

 

Görülən tədbirlər nəticəsində ölkəmiz insan immunçatışmazlığı virusuna yoluxma səəviyyəsi aşağı olan ölkələr sırasında qalmaqdadır. Belə ki, 2020-ci ilin göstəricilərinə əsasən, hər 100 min nəfərəhaliyə 5,02 İİV daşıyıcısı var. 2019-cu ild bu göstərici 6,43 olub.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...