Bu gündən etibarən 19 martadək K ənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Novruz bayramı ilə əlaqədar “Kənddən şəhərə” yarmarkaları təşkil olunacaq.
Modern.az “Kənddən Şəhərə” Novruz yarmarkasında olan bəzi məhsulların qiymətlərini təqdim edir:
- Qoz 2.90 manatdan;
- Fındıq 2.90 manatdan;
- Şabalıd 4.00 manatdan;
- Qoz ləpəsi 8.00 manatdan;
- Fındıq ləpəsi 13.00 manatdan;
- Səməni 1.00 manatdan;
- Kartof 0.45 manatdan;
- Soğan 0.70 manatdan;
- Mandarin 2.00 manatdan;
- Portağal 1.70 manatdan;
- Alma 0.40 manatdan;
- Armud 1.40 manatdan;
- Xurma 0.50 manatdan;
- Pomidor 1.20 manatdan;
- Kələm 0.35 manatdan;
- Kök 0.50 manatdan;
- Göbələk 2.00 manatdan;
- Göyərti 0.10 manatdan;
- Kənd çolpası 3.50 manatdan;
- Mal əti 9.50 manat;
- Quzu əti 12.50 manat.
Qeyd edək ki, “Kənddən şəhərə” Novruz yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı);
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı);
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.