Modern.az

Canni De Byazi “Qarabağ”ın 10 futbolçusunu milliyə çağırdı

Canni De Byazi “Qarabağ”ın 10 futbolçusunu milliyə çağırdı

13 Mart 2021, 23:49

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi qarşıdakı oyunlar üçün “Qarabağ”ın 10 futbolçusuna dəvət göndərib.

 

Modern.az xəbər verir ki, bunlar Şahruddin Məhəmmədəliyev, Emil Balayev, Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseynov, Mahir Emreli, Abbas Hüseynov, İsmayıl İbrahimli, Elvin Cəfərquliyev və Toral Bayramovdur. Cəfərquliyev və Bayramov əsas yığmaya ilk dəfə çağırılıblar.

 

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyanın Turin şəhərində Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək (report).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...