Modern.az

Londonda eni 160 sm olan ev satışa çıxarıldı

Londonda eni 160 sm olan ev satışa çıxarıldı

14 Mart 2021, 15:58

Londondakı 160 santimetr eni olan evi 950 min funt sterlinqə almaq olar.

 

Modern.az "BBC" telekanalına istinadla xəbər verir ki, yığcam ölçülərinə baxmayaraq, evin ümumi sahəsi 96 kvadratmetr olmaqla kifayət qədər böyükdür. Evdə bir və ya iki nəfərin rahat yaşaması üçün zəruri şərait yaradılıb.

 

Belə ki, evin üst mərtəbəsində 2 yataq otağı, zirzəmisində isə bir mətbəx və yemək otağı, iş və iki yataq otağı var.

 

Eyni zamanda, kiçik bir bağçası olan ev qeyri-adi ölçüləri ilə məşhur olsa da, tarixi dəyər daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...