Modern.az

Ağstafada qanunsuz silah saxlayan şəxslər tutuldu

Ağstafada qanunsuz silah saxlayan şəxslər tutuldu

14 Mart 2021, 18:06

Ağstafada qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.

 


Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
qrupundan verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin (RPŞ)
əməkdaşları rayonun Sadıqlı kənd sakini Qara Süleymanovdan 1 ədəd,”ZK”
modelli, 24 kalibirli tək lüləli ov tüfəngi, rayonun Ağsöl kənd sakini “İJ” markalı,
20 kalibirli, tək lüləli ov tüfəngi,Göygöl rayon sakini Hüseynəli Musayevdən “İJ”
markalı,16 kalibirli, tək lüləli ov tüfəngi, Muğanlı kənd sakini Alıxan
Bayramovdan 1 ədəd “İJ” markalı,28 kalibirli, tək lüləli ov tüfəngi aşkar edilərək
götürülüb.

 

Bundan başqa davam etdirilən tədbirlər nəticəsində rayonun Sadıqlı
kəndi ərazisində 1 ədəd, sahibsiz “TOZ” markalı, 16 kalibirli, qoşa lüləli ov tüfıngi
aşkar edilib.


Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...