Modern.az

Formula 1 şərhçisi vəfat etdi - FOTO

Formula 1 şərhçisi vəfat etdi - FOTO

14 Mart 2021, 22:10

Formula 1 yarışlarının tanınmış britaniyalı şərhçisi Mörri Uolker vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə avtomobil yarışlarının mətbuat xidməti məlumat yayıb.

 

98 yaşlı idman şərhçisinin ölüm səbəbi açıqlanmır.

 

Qeyd edək ki, Mörri gənclik illərində motosiklet yarışçısı olub. O, həmçinin II Dünya müharibəsinin iştirakçısı olub. Savaş illərində Uolker tank qoşunlarında xidmət edib.

 

1949-cu ildən etibarən Formula 1-də çalışan Mörri, 1978-ci ildən ştat üzrə yarış şərhçisi kimi fəaliyyətə başlayıb. 2001-ci ilədək şərhçi kimi çalışan britaniyalının adı Formula 1-in sinoniminə çevrilib.

O, 1996-cı ildə Britaniya İmperiyası ordeni ilə təltif olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...