Modern.az

Siyasi partiya sədrləri bu gün işğaldan azad edilmiş ərazilərə gediblər

Siyasi partiya sədrləri bu gün işğaldan azad edilmiş ərazilərə gediblər

17 Mart 2021, 09:17

Bu gün - martın 17-də Azərbaycanda qeydiyyatda olan 50-yə yaxın siyasi partiya rəhbərinin işğaldan azad olunmuş ərazilərə səfər edib. Səfərin təşəbbüskarı  Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir.

Modern.az xəbər verir ki, ötən il Vətən müharibəsi zamanı ölkədəki demək olar bütün siyasi partiyaların birgə bəyanata imza atmaları, milli birlik nümayiş etdirilməsi çox ciddi hadisə idi. Proses bu gün də davam edir və artıq siyasi partiyaların rəhbərlərinin işğaldan azad edilmiş torpaqlarımıza birlikdə səfəri reallaşır. Bu səfərdə hakimiyyət partiyası, hakimiyyətyönlü partiyalar, müxalifət partiyaları hər kəs bir yerdə olacaq. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı