Modern.az

Paytaxtda yolu keçən gənci avtomobil vurdu

Paytaxtda yolu keçən gənci avtomobil vurdu

17 Mart 2021, 09:23

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

 

Belə ki, 1996-cı il təvəllüdlü Abışov Nadir Məhəmməd oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

 

Ona bel-omba nahiyəsinin əziyi diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı