Modern.az

Bakıda sürücünün boğazını KƏSDİLƏR

Bakıda sürücünün boğazını KƏSDİLƏR

17 Mart 2021, 09:28

Bakının Sabunçu rayonunda sərnişin sürücünü bıçaqlayıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa-Zabrat şosesində baş verib.

 

1989-cu il təvəllüdlü Abbasquliyev Abdulla Bayram oğlu idarə etdiyi “Mercedes” markalı kiçiktutumlu sərnişin avtobusu ilə hərəkətdə olan zaman onun boğaz və qarın nahiyəsinə naməlum şəxs bıçaq zərbələri vurub. Yaralı xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı