Modern.az

İcra başçısı Şəhidlər Xiyabanında aparılan işlərlə tanış olub - FOTOLAR

İcra başçısı Şəhidlər Xiyabanında aparılan işlərlə tanış olub - FOTOLAR

17 Mart 2021, 09:50

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Fəxralı kəndi Şəhidlər Xiyabanında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub.

 

Modern.az xəbər verir ki, Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və ruhlarına ehtiram əlaməti olaraq, Fəxraı kəndi Şəhidlər Xiyabanında yenidənqurma – abadlıq işləri sürətlə aparılır.

 

Xiyabanda hasar və səkilərdə üzlüklər yenilənir, ərazi abadlaşdırılır,  ağac və gül kollarının əkilməsi və Xiyabanın adını bildirən lövhənin və xatirə barolyefinin quraşdırılması nəzərdə tutulub.

 

İcra başçısı Məhərrəm Quliyev aparılan işlərlə yerində tanış oldu, işlərin keyfiyyətlə və məqsədyönlü qaydada aparılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini bildirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı