Modern.az

Gömrükdən gizli dərman keçirmək cəhdi alınmadı - FOTO

Gömrükdən gizli dərman keçirmək cəhdi alınmadı - FOTO

17 Mart 2021, 10:43

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Volvo" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında gömrük orqanlarına bəyan edilməyən 3240 kapsul dərman vasitələri və avtomobilin kabinasının tavan hissəsindəki əşyaları qoymaq üçün nəzərdə tutulmuş yerdən 1 ədəd "İphone 11 Pro 64 GB" markalı mobil telefon aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı