ABŞ Prezidenti Co Baydenin enerji gündəliyi neftin dünya bazar qiymətlərini yenidən yüksəldib.
Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov deyib ki, 2 gün öncə Ağ Evin yeni vergi paketi ilə bağlı açıqlaması neftin dünya bazar qiymətlərini azaltmışdı:
“9 maddəli Təmiz Enerji İnqilabı adlandırılan bu planın icrası ABŞ-da neft hasilatının azalmasına gətirib çıxara bilərdi ki, bu da bazar təsirsiz ötüşmədi.
Bununla belə, neft bazarında volatillik hələ də səngiməyib. Eyni zamanda, bazarda qiymətlərin stabilliyinə zəmin yaradacaq faktorlar hələlik tam formalaşmayıb. Vaksinasiyanın qlobal genişlənməsinə baxmayaraq hələ də pandemiyanın nə zaman sonlanacağı bəlli deyil”.
Deputatın sözlərinə görə, hələlik pandemiya strateji bazarlara ən çox təsir göstərən faktor olaraq qalmaqdadır.