Modern.az

Məhkəmə Ata Abdullayevlə bağlı qərar verdi

Məhkəmə Ata Abdullayevlə bağlı qərar verdi

17 Mart 2021, 11:48

Videobloger Ata Abdullayev barəsində seçilən həbs qətimkan tədbiri qərarından apelyasiya şikayəti verilib.

 

Modern.az-ın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

 

Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Onun hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirildiyi bildirilir.

 

Onun barəsində Səbail Rayon Məhkəməsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı