Modern.az

Şəhid Milli Qəhrəmanın şəxsi əşyaları Tarix Muzeyinə verildi

Şəhid Milli Qəhrəmanın şəxsi əşyaları Tarix Muzeyinə verildi

17 Mart 2021, 15:56

Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi, polkovnik Şükür Həmidovun əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə (MATM) verilib.

 

AMEA-dan Modern.az-a bildirilib ki, Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə fəal iştirak edən şəhid polkovnik Şükür Həmidovun şəxsi əşyalarını muzeyə onun qohumu, MATM-ın əməkdaşı Zümrüd İsmayılova verib.

 

II Fəxri xiyabanda dəfn edilən Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində fərqlənib və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, Vətən müharibəsindəki şücaətlərinə görə, "Zəfər" ordeni, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı