Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinin digər oyunu keçirilib.
Modern.az xəbər verir ki, "Antalyaspor" evdə "Alanyaspor"la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Antalya təmsilçisinin heyətində qollarını 18-ci dəqiqədə Lukas Podolski və 82-ci dəqiqədə Hakan Özmert vurublar. "Antalyaspor" bu qələbə sayəsində finalda "Beşiktaş"a rəqib olub.